Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
От Матфея
Параллельные места
Nun oğlu Yeşua Şittimdən iki kişini casusluq etməyə gizli göndərib dedi: «Gedin oranın torpağını və Yerixonu gözdən keçirin». Onlar getdilər və Raxav adlı bir fahişənin evinə girib orada qaldılar. Boaz Rutu aldı və Rut ona arvad oldu. Boaz onun yanına girdi. Rəbb Rutun bətninə uşaq verdi və Rut oğul doğdu. Qonşu qadınlar ona ad qoyub dedilər: «Naomi üçün oğul doğulub». Onun adını Oved qoydular. O, Davudun atası olan Yesseyin atasıdır. Peresin nəsli budur: Peresdən Xesron törədi. Xesrondan Ram törədi. Ramdan Amminadav törədi. Amminadavdan Naxşon törədi. Naxşondan Salmon törədi. Salmondan Boaz törədi. Boazdan Oved törədi. Oveddən Yessey törədi. Yesseydən də Davud törədi. Ramdan Amminadav törədi və Amminadavdan Yəhudalıların rəhbəri Naxşon törədi. Naxşondan Salmon törədi və Salmondan Boaz törədi. Boazdan Oved törədi və Oveddən Yessey törədi. İman vasitəsilə fahişə Raxav casusları dostcasına qarşıladığı üçün itaətli olmayanlarla birgə həlak olmadı.
От Матфея
Выбор основного перевода