Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
От Матфея
Параллельные места
Ancaq o uşaq əlini geri çəkdi və qardaşı birinci doğuldu. Mamaça dedi: «Özünə necə deşik açdın?» Buna görə də onun adını Peres qoydular. Ondan sonra əlində qırmızı ip olan qardaşı doğuldu. Onun adını Zerah qoydular. İbrahimin oğlu İshaqın tarixçəsi belədir: İbrahimdən İshaq törədi. İshaq Paddan-Aramdan Aramlı Lavanın bacısı, Aramlı Betuelin qızı Rivqanı arvad alanda qırx yaşında idi. İshaq arvadı üçün Rəbbə yalvardı, çünki o, sonsuz idi. Rəbb İshaqın yalvarışını eşitdi, onun arvadı Rivqa hamilə oldu. Rivqanın bətnindəki uşaqlar çarpışmağa başladı. O da «Niyə bu iş başıma gəldi?» deyib bu barədə Rəbdən soruşmağa getdi. Rəbb ona dedi: «Sənin bətnində iki millət var, Sənin qarnından iki xalq çıxacaq. Bir xalq o biri xalqdan güclü olacaq, Böyüyü kiçiyinə qulluq edəcək». Rivqanın doğmaq vaxtı çatanda məlum oldu ki, onun bətnində əkizlər var. İlk doğulan uşağın bütün dərisi qırmızı və tüklü cübbə kimi idi. Onda onun adını Esav qoydular. Ondan sonra qardaşı doğuldu. O, əli ilə Esavın topuğundan tutmuşdu. Onun adını Yaqub qoydular. Onların doğulduğu vaxt İshaq altmış yaşında idi. Qoy Rəbb sənin evini bu gənc qadından verəcəyi nəsli Tamarın Yəhudaya doğduğu Peresin evi kimi etsin». Peresin nəsli budur: Peresdən Xesron törədi. Xesrondan Ram törədi. Ramdan Amminadav törədi. Amminadavdan Naxşon törədi. Naxşondan Salmon törədi. Salmondan Boaz törədi. Boazdan Oved törədi. Oveddən Yessey törədi. Yesseydən də Davud törədi. Yəhudanın gəlini Tamar ona Peresi və Zerahı doğdu. Yəhudanın cəmisi beş oğlu var idi. Peresin oğulları: Xesron və Xamul. Xesronun oğulları: Yeraxmeel, Ram və Kalev.
От Матфея
Выбор основного перевода