Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16
Параллельные места
Onu ürəyinin arzusuna çatdırmısan, Dilindən çıxan diləyini ondan əsirgəməmisən. Sela Çünki onu yaxşı nemətlərlə qarşılamısan, Saf qızıldan başına tac qoymusan. Səndən həyat istəyəndə ona verdin, Onun ömrünü əbədi olaraq uzatmısan. Ona zəfər çaldıraraq şərəfini ucaltmısan, Ehtişam və əzəmət bağışlamısan. Əbədi olaraq başına nemətlər tökmüsən, Hüzurundakı sevinclə Sən onu fərəhləndirmisən. Çünki padşah Rəbbə güvənir, Haqq-Taalanın məhəbbəti ilə sarsılmazdır. Əlin bütün düşmənlərini tapacaq, Sağ əlin yağıları tutacaq. Ya Rəbb, onlara görünən zaman Sən onları soba tək yandıracaqsan, Onları qəzəbinlə yeyib, alovunla udacaqsan. Övladlarını yer üzündən, Gələcək nəsillərini insanlar arasından yox edəcəksən. Çünki pis niyyətlə əleyhinə çıxdılar, Hiylə işlətdilər, amma gücləri çatmadı. Çünki Sən onları geri qovacaqsan, Yay çəkib oxla üzlərini nişan alacaqsan. Ya Rəbb, qoy Sənin uca qüdrətini görək! Əzəmətini ilahilərlə tərənnüm edək! Adamlar ona həqarətlə baxıb rədd etdi. O, dərdli, xəstəlikləri görən insan idi, Adamlar ondan üz döndərdi, xor baxdı. Biz ona qiymət vermədik. Hirod öz əsgərləri ilə Onu təhqir edib ələ saldı. Onun əyninə bir gözəl paltar geyindirib Pilatın yanına qaytardı. Lakin Özünü heç etdi və qul surətinə salıb insanlara oxşar oldu. İnsan şəklini alıb
Выбор основного перевода