Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Allahınız Rəbb sizin üçün aranızdan – öz soydaşlarınız içərisindən mənim kimi bir peyğəmbər yetirəcək. Ona qulaq asın. Rəbbin fərmanını elan edəcəyəm. Rəbb mənə dedi: «Sən Mənim oğlumsan, Mən bu gün sənə Ata oldum. Budur, Mənim saxladığım, seçdiyim qulum! Könlüm ondan razıdır! Mən Öz Ruhumu onun üzərinə qoymuşam. O, millətlərə ədalət gətirəcək. Göylərdən bir səda gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam». «Budur, Mənim seçdiyim Qulum! Mənə sevimlidir, könlüm Ondan razıdır. Mən Öz Ruhumu Onun üzərinə qoyacağam. O, millətlərə ədalət elan edəcək. Göylərdən bir səda gəldi: «Sən Mənim sevimli Oğlumsan, Səndən razıyam». Müqəddəs Ruh bədəncə göyərçin şəklində Onun üzərinə endi. Göydən bir səda gəldi: «Sən Mənim sevimli Oğlumsan, Səndən razıyam». Çünki Böyük Ehtişamı Olandan Ona belə bir səs gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam». O vaxt Ata Allahdan izzət və şərəf qəbul etdi.
Выбор основного перевода