Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Параллельные места
Başçılarınız üsyankar olub oğrularla əlbirdir. Hər kəs rüşvəti sevir, bəxşiş dalınca düşür. Yetimin haqqını qorumur, Dul qadını müdafiə etmək haqqında düşünmür. Xalqın başına gələn Kahinin də başına gələcək. Tutduqları yol üçün onları cəzalandıracağam. Əməllərinin əvəzini onlara ödəyəcəyəm. Ürəklərində düşünmürlər ki, Mən onların bütün pisliklərini yada salıram. İndi günahları onları dövrələyib və Gözümün önündədir. Yəhuda ilə Rəbbin davası var, Yaqubu getdiyi yola görə cəzalandıracaq, Əməllərinə görə əvəz verəcək. Gilead xalqı pis xalqdır, Doğrudan da, yaramazdır. Qilqalda buğaları qurban kəsirlər. Onların qurbangahları Şumlanmış tarladakı daş qalaqları kimidir.
Выбор основного перевода