Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Параллельные места
Xalqın düzəltdiyi dananı götürüb yandırdı, toza dönənə qədər əzdi və suyun üzünə səpələyib İsrail övladlarına içirtdi. Bütlərə səcdə edənlərin hamısı Ağılsız və axmaqdır, Boş şeylərdən təlim alırlar. Büt bir ağacdır! İndi günah üstünə günah edirlər, Gümüşlərindən özlərinə tökmə bütlər, Məharətlə düşünülmüş bütlər düzəldirlər. Hamısı usta işidir. «Qurban gətirən adamlar Danaları öpsün!» deyirlər. «Buna görə Mən Rəbb Samariyanı yerlə yeksan edəcəyəm, Yerində üzümlük salınacaq. Daşlarını dərəyə tökəcəyəm, Təməllərini açıq qoyacağam. Samariyanın bütün oyma bütləri parça-parça olacaq, Məbədinə verilən hədiyyələr yandırılacaq, Bütün heykəllərini dağıdacağam. Axı bu hədiyyələr fahişəlik haqqı ilə yığılmışdı, Onlar yenə də fahişələr üçün işlədiləcək». Amma bu Paul deyir ki, əl işi olan allahlar həqiqi allahlar deyil. Yalnız Efesdə deyil, demək olar ki, bütün Asiya vilayətində nə qədər insanı tovlayıb azdırdığını görmüsünüz və eşitmisiniz.
Выбор основного перевода