Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Параллельные места
Onlara diqqətlə riayət edin. Bu, digər xalqlara nə qədər müdrik və aqil olduğunuzu göstərər. Onlar bu qaydaları eşidəndə deyəcəklər ki, bu böyük millət, həqiqətən, müdrik və aqil bir xalqdır! Hansı millət belə üstündür ki, bu gün qarşınıza gətirdiyim bu Qanun kimi ədalətli qaydalara və hökmlərə malik olsun? Siz çox şey gördünüz, amma nəzərə almadınız, Qulaqlarınız açıq idi, amma eşitmədiniz!» Xalqım biliksizlikdən məhv oldu. Sən biliyi rədd etdiyin üçün Mən də səni rədd edəcəyəm ki, Bir daha Mənə kahinlik etməyəsən. İndi ki öz Allahının qanununu unutdun, Mən də sənin balalarını unudacağam. Şeypur çalmağa hazırlaş! Rəbbin evinin üzərinə Düşmən qartal kimi hücum çəkir. Çünki İsraillilər Mənim əhdimi pozdu, Mənim qanunuma qarşı çıxdı.
Выбор основного перевода