Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Параллельные места
Çünki onlar biliyə nifrət etdilər, Rəbdən qorxmaq istəmədilər, Buna görə xalqım ağılsızlığından sürgünə gedəcək, Onun adlı-sanlı adamları acından öləcək, Adi adamlar isə susuzluqdan yanacaq! Qulum qədər kor olan varmı? Göndərdiyim qasid qədər kar olan varmı? Özünü Mənə həsr edən, Rəbbin qulu qədər kor olan varmı? Siz çox şey gördünüz, amma nəzərə almadınız, Qulaqlarınız açıq idi, amma eşitmədiniz!» Buna görə də sizi tamamilə unudacağam, sizi də, özünüzə və atalarınıza verdiyim şəhəri də önümdən rədd edəcəyəm. Baal bütlərinə buxur yandırdığı günlər üçün Onu cəzalandıracağam. O vaxt halqalar və cəvahiratla özünü bəzəyərək Oynaşlarının dalınca getmiş, Məni isə unutmuşdu» Rəbb belə bəyan edir. «Ey İsrail övladları, Rəbbin sözünü eşidin, Çünki bu ölkədə yaşayanları Rəbb ittiham edir. Sədaqət, məhəbbət, Allahı tanımaq Bu yerdə yox olub. Şeypur çalmağa hazırlaş! Rəbbin evinin üzərinə Düşmən qartal kimi hücum çəkir. Çünki İsraillilər Mənim əhdimi pozdu, Mənim qanunuma qarşı çıxdı. Mən onlar üçün çoxlu qanun yazdım, Onlarsa bunları yad bir şey hesab etdi. Ancaq onlar eşitməkdən boyun qaçırdı, inadkarlıqla arxa çevirdi, eşitməmək üçün qulaqlarını bağladı. Kahinin ağzı biliyi qorumalı, insanlar onun dilində nəsihət axtarmalıdır. Çünki o, Ordular Rəbbinin elçisidir. Ancaq siz yoldan azdınız və nəsihətinizlə çox adamı günaha çəkdiniz. Levi ilə bağladığım əhdi pozdunuz» deyir Ordular Rəbbi.
Выбор основного перевода