Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Параллельные места
Palıd ağaclarına səcdə etməkdən xəcalət çəkəcəksiniz, Seçdiyiniz bağlarda ibadət etməkdən utanacaqsınız. Sən onları sovurduqda külək aparacaq, Qasırğa onları dağıdacaq, Sənsə Rəbdə sevinəcəksən, İsrailin Müqəddəsi ilə öyünəcəksən. Siz fəryad edəndə Bu yığdığınız bütlər Görək sizi nə cür qurtaracaq! Onların hamısını külək sovurub atacaq, Bir nəfəs onları yerindən tərpədib aparacaq. Lakin Mənə sığınan torpağı irs olaraq alacaq, Müqəddəs dağımı mülk edəcək». Cavanlığımızdan bəri Rüsvayçı bütlər Atalarımızın zəhmətini, Sürülərini və mal-qaralarını, Oğullarını və qızlarını tələf etdi. O vaxt bu xalqa və Yerusəlimə deyiləcək: «Səhradakı çılpaq təpələrdən əziz xalqıma tərəf isti bir külək əsir. Bu külək dən sovurmayacaq, taxıl təmizləməyəcək. Efrayim yellə bəslənir, Bütün gün şərq küləyinin dalınca düşür. Yalanı, qoluzorluluğu artırır. Aşşurla saziş bağlayır, Misirə zeytun yağı göndərir. Efrayim öz qardaşları arasında Barlı-bəhərli olsa da, Şərq yeli, səhradan qalxan Rəbbin küləyi gələcək, Onun bulağı quruyacaq, Çeşməsinin suyu kəsiləcək. Bütün qiymətli şeylər xəzinəsi qarət olunacaq.
Выбор основного перевода