Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Параллельные места
İnsan öz balasını apardığı kimi səhradan bu yerə çatana qədər Allahınız Rəbbin də sizi elə apardığını gördünüz”. Yuvasında balalarını sövq etdirərək uçuran, Onlar üzərində qanad çalan, Qanadlarını açıb onları tutan, Pərlərinin üzərində aparan qartal kimi Ona yol göstərən yalnız Rəbb idi. Yanında özgə bir allah yox idi. Amma siz Ammon padşahı Naxaşın sizə qarşı gəldiyini görəndə Rəbb Allahınız sizə padşah ikən mənə dediniz: «Xeyr, gərək bizə bir padşah hökmranlıq etsin». Rəbb deyir: «İndi qalxacağam, Çünki fəqirlərə zülm edilir, Məzlumlar nalə çəkir, qurtuluş istəyir. Mən bunu onlara verəcəyəm». Qulaq asın Mənə, ey Yaqub nəsli, Ey bütün İsrail nəslinin sağ qalanları! Anadan olandan sizi aparıram, Bətndən çıxandan sizi daşıyıram. Onları insani tellərlə, Sevgi bağları ilə Özümə çəkdim. Onlar üçün çənələrindən boyunduruğu qaldıran Bir kəs oldum, Əyilib onlara yemək verdim.
Выбор основного перевода