Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
Параллельные места
Allahınız Rəbbin ikrah etdiyi daş sütun qoymayın. Ey bizi qurtaran Allah, İsmin şərəfinə Sən bizə yardım et, Günahlarımızı kəffarə edərək İsmin naminə Sən bizi xilas et. Niyə millətlər «Hanı onların Allahı?» desinlər? Qullarının tökülən qan qisasının alınmasını Qoy gözümüz görsün, millətlər də bilsinlər. Qoy əsirlərin ah-naləsi hüzuruna çatsın, Ölümə aparılanları böyük qüdrətinlə qoru. Ey Xudavənd, Sənə tənə vuran bizim qonşuların Tənələrini yeddi qat artıq kökslərinə qaytar. Mən səni gözəl meynə, tər-təmiz toxum kimi əkmişdim. Sən necə əleyhimə çıxıb cır, yabanı meynə oldun? Çünki şəhərlərinin sayı qədər sənin bütlərin var, ey Yəhuda. Siz Yerusəlim küçələrinin sayı qədər rüsvayçı şeylərə qurbangahlar, Baal bütlərinə buxur yandırmaq üçün qurbangahlar düzəltdiniz”. Mənə Rəbbin bu sözü nazil oldu: «Ey bəşər oğlu, üzüm tənəyinin ağacı hər hansı bir meşə ağacındakı budağın ağacından nə ilə üstündür? Bir işdə istifadə etmək üçün ondan ağac alınırmı? Üstünə əşyalar asmaq üçün ondan payacıq düzəldilirmi? Budur, o yanmaq üçün oda atılır. Od onun uclarını yandırandan və ortası qovrulandan sonra daha bir işə yarayarmı? Bütöv olanda da bir işə yaramırdı, od onu yandırıb-qurtaranda və ortası qovrulanda heç bir işə yaramayacaq. Mən sənin yanından keçərkən öz qanın içində qımıldandığını gördüm və öz qanında ikən sənə ‹Yaşa!› dedim. Bəli, öz qanında ikən sənə ‹Yaşa!› dedim. Səni çöl bitkiləri kimi çoxaltdım. Sən boy atıb böyüdün və həddi-büluğa çatdın. Döşlərin böyüdü, saçların uzandı. Ancaq sən lüt və çılpaq idin. Mən yanından keçəndə səni gördüm. Bu vaxt sənin məhəbbət çağın idi. Mən sənin üstünə ətəyimi atıb çılpaqlığını örtdüm. And edib səninlə əhd bağladım” bəyan edir Xudavənd Rəbb, “sən də Mənim oldun. Mən səni su ilə yudum, qanını tamamilə üstündən təmizlədim, yağla məsh etdim. Sənə əlvan naxışlı paltar geyindirdim, ayağına yunusbalığı dərisindən çarıq geydirdim, belinə incə kətan qurşaq bağladım və səni ipəklərlə örtdüm. Səni bəzəklərlə bəzədim, qollarına bilərzik, boynuna zəncir taxdım. Burnuna halqa, qulaqlarına sırğa keçirdim və başına şərəf tacı qoydum. Sən qızıl-gümüşlə bəzəndin, incə kətandan, ipəkdən və əlvan naxışlı qumaşdan paltar geyindin. Narın un, bal və zeytun yağı yedin. Həddindən artıq gözəl oldun və padşahlıq əzəmətinə yüksəldin. Gözəlliyinə görə millətlər arasında şöhrətləndin. Mənim sənə bəxş etdiyim əzəmətdən ötrü gözəlliyin qüsursuz idi” Xudavənd Rəbb belə bəyan edir. Xudavənd Rəbb belə bəyan edir: “O gün Mən İsraili seçdim, Yaqub nəslinin övladlarına and içdim, Misir torpağında Özümü onlara aşkar etdim və ‹Allahınız Rəbb Mənəm› deyə and içdim. O gün söz verdim ki, onları Misir torpağından özləri üçün nəzərdə tutduğum bütün ölkələrdən gözəl olan, süd və bal axan torpağa çıxaracağam. Ona görə ki İsrail övladları uzun müddət padşah və başçı, qurban və müqəddəs daş, efod və ev bütləri olmadan yaşayacaq. Efrayim günah təqdimi üçün Çoxlu qurbangah tiksə də, Bunlar onu günaha batıran qurbangahlar oldu.
Выбор основного перевода