Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13
Параллельные места
Ey Allahım, bu xalq üçün etdiyim işlərə görə məni yaxşılıqla xatırla! Biz kahinlər, Levililər və xalq hər il müəyyən vaxtda Allahımızın məbədini odunla təmin etmək üçün nəsillərimizə görə püşk atdıq. Bu odunlar Qanunda yazıldığı kimi Allahımız Rəbbin qurbangahında yandırılmalı idi. Ey Allahım, buna görə məni yadda saxla. Allahımın məbədi və oradakı xidmətlər üçün etdiyim yaxşı işlərimi yoxa çıxarma! Sonra mən Levililərə əmr etdim ki, Şənbə gününü təqdis etmək üçün özlərini təmizləyib gəlsinlər və darvazaların keşiyini çəksinlər. Ey Allahım, bundan ötrü məni unutma və böyük məhəbbətinə görə rəhm elə! «Yalvarıram, ya Rəbb, yadına sal ki, necə Sənin önündə salehliklə və sidq ürəklə davranmışam, necə Sənin gözündə yaxşı olan işlər etmişəm». Xizqiya acı-acı ağladı.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13
Выбор основного перевода