Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13
Параллельные места
Həm də xəmirimizin, taxıl təqdimlərimizin, hər növ ağaclarımızın meyvəsinin, təzə şərablarımızın, zeytun yağımızın nübarını kahinlərə, Allahımızın məbədinin anbarına, torpaq məhsullarımızın onda bir hissəsini isə Levililərə gətirməliyik. Çünki işlədiyimiz bütün şəhərlərdə onda bir hissəni Levililər alır. Levililər onda bir hissəni alarkən Harun oğullarından olan kahin onlarla olacaq. Levililər isə alacaqları onda bir hissənin onda birini Allahımızın məbədinə, xəzinənin anbar otaqlarına aparacaq. Çünki İsrail övladları və Levililər taxılın, təzə şərabın və zeytun yağının təqdimlərini anbar otaqlarına gətirməlidir. Orada Müqəddəs məkanın qabları, xidmət edən kahinlər, məbəd qapıçıları və ilahiçilər olacaq. Beləcə biz Allahımızın məbədinə laqeyd yanaşmayacağıq. Elə o gün ianələrin, ilk məhsulun və onda bir hissələrin yığılacağı anbarları qorumaq üçün adamlar təyin edildi. Bütün bunlar Qanunda kahinlər və Levililər üçün nəzərdə tutulan şəhərlərin ətrafındakı tarlalardan anbarlara gətirilməli idi. Çünki Yəhudalılar ibadət edən kahinlərlə Levililərdən məmnun idi.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13
Выбор основного перевода