Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7
Параллельные места
Ey Xudavənd, indi mən nə gözləyim? Mənim ümidim Sənsən! Məni bütün təqsirlərimdən qurtar, Məni axmaqların tənəsinə hədəf etmə. Bir oğru görəndə ona qoşulursan, Zinakarlara yoldaş olursan. Ağzını şər üçün açırsan, Dilini fırıldaq üçün işə salırsan. Uca və əzəmətli, Əbədi yaşayan, adı müqəddəs Olan Belə deyir: «Mən yüksək və müqəddəs yerdə yaşadığım halda Ruhu əzilənlərlə, özünü aşağı tutanlarla birlikdəyəm ki, Özünü aşağı tutanların ruhunu dirildim, Əzilmişlərin ürəyini dirçəldim. Qoyun-keçi, mal-qara qurban edərək Rəbbi axtarmağa gedəcəklər, Amma tapmayacaqlar, Çünki Rəbb onları tərk etdi. Çünki Mən qurban deyil, Məhəbbət istəyirəm. Yandırma qurbanlarından çox Allahı tanımağınızı istəyirəm. Gedin və “Mən qurban deyil, mərhəmət istəyirəm” sözünün mənasını öyrənin. Çünki Mən salehləri deyil, günahkarları çağırmaq üçün gəlmişəm». Çünki buğaların və təkələrin qanı ilə günahları aradan qaldırmaq qeyri-mümkündür.
Выбор основного перевода