Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7
Параллельные места
Yerusəlim sarsıldı, Yəhuda dağıldı, Çünki sözləri və əməlləri Rəbbə qarşı oldu, Onun əzəmətli hüzuru kimsə tərəfindən sayılmadı. «Dillərini yalan üçün Kaman kimi dartırlar. Həqiqət naminə güc göstərmirlər. Çünki pisliyi pislik dalınca edirlər, Məni tanımırlar» Rəbb belə bəyan edir. Hər kəs öz dostunu aldadır, Doğru söyləmir. Onlar dillərini yalan danışmağa öyrətdi, Yorulana qədər günah işlətdi. Dilləri öldürücü oxdur, Məkrlə danışırlar. Ağzı ilə qonşusuna xoş sözlər söyləyir, Ürəyində isə ona tələ qururlar». Vay onların halına! Çünki Məndən uzaqlaşdılar. Başlarına bəla gəlsin! Çünki Mənə qarşı üsyan etdilər. Mən onları qurtarmaq istəyirdim, Onlarsa Mənə böhtan deyir. Rəbb belə deyir: “Yəhudalıların üç-dörd qat günahına görə Onları cəzasız buraxmayacağam, Çünki onlar Rəbbin qanununa xor baxıb qaydalarına riayət etmədi, Atalarının sitayiş etdiyi saxta bütlər onları da yollarından azdırdı. Rəbb bəyan edir: “Hətta düz iş görməyi bacarmırlar. Onlar qalalarına zorakılıqla, Soyğunçuluqla qənimət yığır”. Vay halınıza, ey bəla gününü uzaq sanıb Zorakılığı taxtına yaxınlaşdıranlar! Ey fil dişi ilə bəzənmiş çarpayılarda yayxanıb, Yataqlarda uzanıb, Sürüdəki quzulardan, Axurun yanındakı danalardan götürüb yeyənlər! Yatağında şər niyyətdə olanların, Yamanlıq üçün qəsd quranların vay halına! Onların gücü buna çatdığına görə Ona səhər tezdən əməl edirlər! Tarlalara tamah salıb mənimsəyirlər, Evlərə göz dikib sahib dururlar. Ev sahibi ilə ailəsinə zülm edirlər, Adamları mirasından məhrum edirlər!
Выбор основного перевода