Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7
Параллельные места
Bir nəfərin öz əmlakından istər adam, istər heyvan, istər mülkü olan tarla sahəsi olsun – Rəbb üçün məhv edilməyə həsr etdiyi hər bir şey nə satılsın, nə də geri satın alınsın. Məhv edilməyə həsr olunmuş hər şey Rəbb üçün ən müqəddəsdir. Kenaana oğlu Sidqiya yaxınlaşdı və Mikeyanın yanağına vurub dedi: «Rəbbin Ruhu səndə danışmaq üçün məndən sənə necə keçdi?» Bütün özgə xalqların allahları bütlərdir, Lakin göyləri yaradan Rəbdir. Amma Surun ticarətdən gələn gəliri Rəbbə həsr olunacaq. Ticarətdən qazanılmış pullar xəzinələrə qoyulmayacaq, gizlədilməyəcək. Bu gəlir Rəbbin hüzurunda gəzən adamların yeməyini və gözəl geyimini təmin edəcək. Budur, səni təzə, dişləri iti vəl edəcəyəm. Sən dağları döyüb əzəcəksən, Təpələri saman çöpü kimi sovuracaqsan. «Buna görə səni necə bağışlaya bilərəm? Övladların Məni tərk etdi, Allah olmayan bütlərin adı ilə and içdi. Mən onları doydurdum, Amma onlar zina etdi, Fahişələrin evlərinə yığışdı. Ata-babalarımız günah işlədərək keçib-getdi, Təqsirlərinin cəzası üstümüzə yükləndi. O padşahların dövründə göylərin Allahı heç vaxt dağılmayan bir padşahlıq quracaq və bu padşahlıq başqa xalqın əlinə keçməyəcək. O bütün əvvəlki padşahlıqları əzib-dağıdacaq, özü isə əbədi qalacaq. O mənə dedi: «Bunlar bütün yer üzünün Sahibinin önündə duran məsh olunmuş iki nəfərdir».
Выбор основного перевода