Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7
Параллельные места
Onlar Yeşayaya dedilər: «Xizqiya belə deyir: “Bu gün bəla, təhqir və rüsvayçılıq günüdür, çünki uşaqların doğulması vaxtı çatıb, ancaq doğmağa güc yoxdur. Çünki Allah bütün yer üzünün Padşahıdır, Onu ilahilərlə tərənnüm edin. Səni və bu şəhəri Aşşur padşahının əlindən qurtaracağam. Bu şəhəri qoruyacağam. Söylədiyi sözə əməl edəcəyinə Rəbbin verdiyi əlamət budur: Üsyankarlığını bulud kimi dağıtdım, Günahlarını duman kimi sildim, Mənə tərəf dön, Çünki Mən səni satın aldım». Tərənnüm edin, ey göylər, Çünki bunu edən Rəbdir. Çığırın, ey torpağın dərinlikləri, Ey dağlar, ey meşə, ey meşədəki bütün ağaclar, Sevincdən haray çəkin, Çünki Rəbb Yaqub nəslini satın aldı, İsraildə izzətini aşkar etdi. Mən Kiri ədalətlə hərəkət etməyə vadar etdim. Yollarını dürüst edəcəyəm. O, şəhərimi tikəcək, Sürgün olunmuş adamlarımı Fidyəsiz, bəxşişsiz azad edəcək». Bunu Ordular Rəbbi deyir. Babildən çıxın, Xaldeylilərin torpağından qaçın, Sevinc səsi ilə bəyan edin, bunu bildirin, Dünyanın ən uzaq yerlərinə bu xəbəri çatdırın, Deyin: «Rəbb qulu Yaqub nəslini satın aldı». Ey Yerusəlim xarabalıqları, Şənlik edin, birlikdə mədh oxuyun, Çünki Rəbb xalqına təsəlli verdi, Yerusəlimi satın aldı. Rəbb bütün millətlərin gözləri önündə Müqəddəs qolunu çırmaladı, Yer üzünün qurtaracağınadək hər yer Allahımızın gətirdiyi xilası görəcək. Çəkilin, çəkilin, oradan çıxın, Murdar şeylərə toxunmayın, Oradan çıxıb təmizlənin, Ey Rəbbin əşyalarını daşıyanlar! Axı siz tələsmədən çıxacaqsınız, Qaça-qaça getməyəcəksiniz, Çünki Rəbb qarşınızda gedəcək, İsrailin Allahı arxanızda olacaq. Rəbb bəyan edir: «Satınalan Siona gələcək, Yaqub nəslinin üsyankarlıqdan dönənlərinin yanına gələcək». «Amma Mən onu dilə tutub Səhraya aparacağam, Onun ürəyincə olan sözlər deyəcəyəm. Halıma sevinmə, ey düşmənim! Mən yıxılsam da, qalxacağam. Qaranlıqda olsam da, Rəbb mənim nurum olacaq! Mənə bəraət qazandırıb Hökmünü icra edənə qədər Rəbbin qəzəbinə dözəcəyəm, Çünki Ona qarşı günah işlətdim. O sonra məni işığa çıxaracaq, Onun salehliyini görəcəyəm. Düşmənim bunu görüb xəcalət çəkəcək. O mənə demişdi: «Allahın Rəbb haradadır?» Bu düşmənin məğlubiyyətini görəcəyəm, O, küçələrdə palçıq kimi tapdalanacaq. Ey Yerusəlim, divarlarının bərpa günü yaxınlaşır, O gün sərhədlərin genişlənəcək. O gün xalqın Aşşurdan, Misir şəhərlərindən, Misirdən Fərat çayına qədər uzanan torpaqlardan, Dənizdən dənizədək, dağdan dağadək, Sənin yanına qayıdacaq.
Выбор основного перевода