Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Kahin barmağını qana batıraraq Rəbbin hüzurunda Müqəddəs yerin pərdəsi qabağında yeddi dəfə çiləsin. Sonra kahin Hüzur çadırında, Rəbbin önündə olan ətirli buxur qurbangahının buynuzlarına o qandan çəksin, buğanın qanının qalan hissəsini isə Hüzur çadırının girişindəki yandırma qurbanları üçün qurulan qurbangahın altlığına töksün. Musa buğanı kəsdi, qanını götürüb barmağı ilə qurbangahın buynuzlarının ətrafına çəkərək qurbangahı pak etdi. Sonra qanın qalan hissəsini qurbangahın altlığına tökdü və murdarlığını kəffarə etmək üçün onu təqdis etdi. Bundan sonra Harun yandırma qurbanını kəsdi. Onun qanını Harunun oğulları atalarına gətirdilər; o da qanı qurbangahın hər tərəfinə səpdi. Buğanın və qoçun piyini, quyruğunu, içalatı örtən piyini, böyrəklərini, qaraciyərinin quyruğa bənzər hissəsini götürüb
Выбор основного перевода