Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Bu heyvanlardan siz özünüz murdar ola bilərsiniz. Hər kim onların leşinə toxunursa, axşama qədər murdar sayılsın. Onların leşindən bir hissəsini daşıyan hər kəs də geyimlərini yusun; axşama qədər murdar sayılsın. Qoşadırnağı olmayan yaxud gövşəməyən hər dırnaqlı heyvan sizin üçün murdar olsun. Onların leşinə toxunan hər kəs murdar sayılsın. Pəncələri üstündə yeriyən dördayaqlı hər heyvan sizin üçün murdar olsun; onların leşinə toxunan hər kəs axşama qədər murdar sayılsın. Onların leşini daşıyan geyimlərini yusun və axşama qədər murdar sayılsın. Bu heyvanlar sizin üçün murdar sayılsın. Yerdə qaynaşan heyvanlar arasında sizin üçün murdar olan bunlardır: kor siçan, siçan, hər növ kərtənkələ, gekkon, varan, kərtəncik, kələz, buqələmun. Bunlar bütün qaynaşan heyvanlar arasında sizin üçün murdar olsun. Onların leşinə toxunan hər kəs axşamadək murdar sayılsın. Onlardan birisinin leşi üstünə düşən hər şey murdar sayılsın. Hər taxta, parça, dəri yaxud giş əşya nə cür iş üçün işlənsə, suya salınsın. Axşama qədər murdar sayılsın, axşamdan sonra təmiz sayılsın. Onlardan biri gil qabın içinə düşsə, onun içindəki hər şey murdar sayılsın və qab qırılsın. Belə bir qabdan su xörəyin içinə tökülsə, o xörək murdarlanır. Bu cür qabın içində hər içki murdarlanır. O heyvanlardan birinin leşi üstünə düşən hər bir şey murdar sayılsın. İstər təndir, istərsə də ocaq sökülsün, çünki murdarlanıb; onlar sizin üçün murdar olsun. Ancaq su bulağı yaxud su anbarı pak sayılsın. Bu heyvanların leşinə toxunan hər kəs murdar sayılsın. Bunlardan birinin leşi əkin üçün ayrılmış toxumun üstünə düşərsə, o toxum təmiz sayılsın. Amma leş suya salınmış toxumun üstünə düşərsə, toxum sizin üçün murdar olsun. Əti sizin üçün yeməli olan heyvanlardan biri ölərsə, leşinə toxunan adam axşama qədər murdar sayılsın. Hər hansı bir insan meyitinə toxunan yeddi gün murdar olacaq. Üçüncü və yeddinci gün özünü paklama suyu ilə paklasın ki, pak olsun. Əgər üçüncü və yeddinci gün özünü paklamasa, pak olmayacaq. Bir ölüyə, hər hansı bir insan meyitinə toxunan və özünü pak etməyən adam Rəbbin məskənini murdar edər, o şəxs İsraildən qovulsun. Paklama suyu onun üzərinə səpilmədiyi üçün murdar sayılsın. Onun murdarlığı hələ üzərində qalır. Çadırda ölən adam üçün təlimat belədir: çadıra girən və çadırda olan hər kəs yeddi gün murdar sayılsın. İplə bağlanmış qapağı olmayan hər açıq qab murdar sayılsın. Çöldə qılıncla öldürülmüş olana, bir ölüyə yaxud bir insan sümüyünə yaxud da qəbirə toxunan şəxs yeddi gün murdar sayılsın.
Выбор основного перевода