Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Qoy o adam ünsiyyət qurbanından bunları Rəbb üçün yandırma təqdimi kimi gətirsin: içalatı örtən piyi və üstündəki piyi, belindəki hər iki böyrəyi, üstündəki piyi və qaraciyərin quyruğa bənzər hissəsini – bunları böyrəkləri ilə birgə çıxartsın. Bunları Harun övladları qurbangahda odunlarla qalanan od üstündəki yandırma qurbanı ilə tüstülədib yandırsınlar. Bu, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir. Sonra o heyvanın bütün piyini götürərək qurbangahda tüstülədib yandırsın; günah qurbanı olan buğaya nə cür etsə, bu buğaya da eyni cür etsin. Bununla kahin xalq üçün kəffarə etsin ki, xalq bağışlansın. Kahin bilmədən günah işlədən adam üçün Rəbbin önündə kəffarə etsin ki, o bağışlansın. Kəffarə edilən adam bağışlanacaq.
Выбор основного перевода