Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
«Rəbbin müqəddəs şeylərinə etinasız yanaşıb bilmədən günah edən hər kəs təqsir qurbanı olaraq sürüdən qüsursuz bir qoç gətirsin. Bu təqsir qurbanı Müqəddəs yerdəki şekelə münasib gümüş şekellə qiymətləndirilməlidir. Müqəddəs şeylərə vurduğu ziyanı da qoy o adam ödəsin və üstünə beşdə birini əlavə edərək kahinə versin; kahin onun üçün təqsir qurbanı olan qoçla kəffarə etsin ki, o bağışlansın. Əgər bir nəfər günah işlədib etməməli olduğu halda Rəbbin bütün əmrlərindən birini pozarsa və bunu bilmədən edərsə, təqsirkar sayılıb cəzasını çəkməlidir. Qoy o, kahinin yanına təqsir qurbanı olaraq sürüdən qüsursuz və dəyərli bir qoç gətirsin. Bununla kahin onun bilmədən törətdiyi günahı kəffarə etsin ki, o bağışlansın. Əgər bir nəfər bilmədən günah edərsə, qoy günah qurbanı olaraq birillik dişi keçi gətirsin. Lakin Yonatan atasının xalqa and içdirdiyini eşitməmişdi. O, əlindəki dəyənəyi uzadıb ucunu şanı balına batıraraq əlini ağzına apardı və gözlərinə işıq gəldi. Qulunu aşkar günahlardan qoru, Qoyma onların hökmü altında qalım. Onda kamilliyə çataram, Bütün itaətsizliklərdən ayrılaram.
Выбор основного перевода