Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Atasının arvadı ilə yaxınlıq edən kişi atasının namusunu tapdalamış olur. Bunu edənlərin hər ikisi öldürülməlidir. Onlar qanlarının tökülməyinə özləri baisdir. Gəlini ilə yaxınlıq edən kişi gəlini ilə birgə – hər ikisi öldürülməlidir, çünki bu rəzillikdir. Bunlar qanlarının tökülməyinə özləri baisdir. Kişi qadınla yaxınlıq etdiyi kimi kişi kişi ilə yaxınlıq edərsə, hər ikisi iyrənc iş görür və onlar öldürülməlidirlər; qanlarının tökülməyinə özləri baisdir. Qadınla bərabər anasını arvad alan kişi əxlaqsızlıq edər; aranızda belə əxlaqsızlıq olmamaq üçün o kişi də, o qadınlar da yandırılsın. Heyvanla cinsi əlaqəyə girən kişi öldürülməlidir; heyvan isə kəsilməlidir. Hər hansı bir heyvanla cinsi əlaqəyə girən qadın heyvanla birgə öldürülməlidir. Bunlar qanlarının tökülməyinə özləri baisdir. Əgər bir kişi atabir yaxud anabir bacısını alıb onunla cinsi əlaqədə olsa, qadın da onunla cinsi əlaqədə olsa, bu, rüsvayçılıqdır. Onlar xalqı arasından qovulsun. Bacısı ilə cinsi əlaqədə olan kişi cəzasını çəkər. Əgər bir kişi aybaşı olan qadınla yaxınlıq edib onunla cinsi əlaqədə olarsa, qadının qanaxma mənbəyinin üstünü açar, qadın da öz qanaxma mənbəyinin üstünü açar. Hər ikisi xalqı arasından qovulsun. Xalanla yaxud bibinlə yaxınlıq etmə, çünki yaxın qohumları ilə yaxınlıq edənlər cəzasını çəkərlər. Əmisi arvadı ilə yaxınlıq edən kişi öz əmisinin namusunu tapdalamış olur; ikisi də günahının cəzasını çəkərək övladları olmadan öləcəklər. Qardaşı arvadını alan kişi qardaşının namusunu tapdalayaraq murdar iş görür; onlar sonsuz qalacaqlar.
Выбор основного перевода