Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Onların allahlarına səcdə etməyin, onlara ibadət etməyin və qaydalarına əməl etməyin. O allahları dağıdıb yox edin, onların daş sütunlarını parça-parça etməlisiniz. Qarşınızdan qovacağım millətlərin adətlərinə uymayın; onlar bütün bu şeyləri etdiklərinə görə Mənim gözümdə iyrəncdirlər. Mən onlara dedim: ‹Hər kəs gözünə xoş gələn iyrənc şeyləri atsın. Özünüzü Misir bütləri ilə murdarlamayın, Allahınız Rəbb Mənəm›. Ancaq onlar Mənə qarşı üsyankar oldu və qulaq asmaq istəmədi. Heç biri gözünə xoş gələn iyrənc şeyləri atmadı və Misir bütlərindən əl çəkmədi. Ona görə Mən dedim: ‹Misir torpağında qəzəbimi üstlərinə tökəcəyəm, hədsiz qızğınlığımı onlara göstərəcəyəm›.
Выбор основного перевода