Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21
Параллельные места
Rəbb buludda endi və Musa ilə danışdı. Ondakı Ruhdan götürüb yetmiş nəfər ağsaqqallara verdi; onların üzərinə Ruh çökən zaman peyğəmbərlik etdilər, amma sonra etmədilər. Musa ona cavab verdi: «Sən mənə görəmi qısqanırsan? Kaş Rəbbin bütün xalqı peyğəmbər olaydı və Rəbb onlara Ruhunu verəydi!» Bilam gözlərini qaldırdı və İsraili qəbilələrinə görə yerləşmiş görəndə onun üzərinə Allahın Ruhu endi. Gideonun üzərinə Rəbbin ruhu endi və o, şeypur çalıb Aviezerliləri öz yanına yığdı. İftahın üzərinə Rəbbin ruhu endi. O, Gileaddan və Menaşşedən keçdi, sonra Gileaddakı Mispadan keçib Ammon övladlarının üstünə getdi. Sora ilə Eştaol arasında, Maxane-Danda Rəbbin Ruhu onu idarə etməyə başladı. Rəbbin Ruhu qüvvəsi ilə Şimşonun üstünə endi. Onun əli boş idi, amma cavan aslanı balaca oğlaq kimi parçaladı. Ata-anasına isə heç nə bildirmədi. Bundan sonra Rəbbin Ruhu qüvvə ilə onun üstünə endi. Şimşon Aşqelona gedib oradakılardan otuz nəfəri öldürərək onların mallarını talan edib tapmacanın açmasını deyənlərə bayram libası verdi. Sonra o, alovlu qəzəblə atasının evinə qalxdı. Şimşon Lexiyə gələndə Filiştlilər onu bağıra-bağıra qarşıladılar və elə o anda Rəbbin Ruhu qüvvə ilə Şimşonun üstünə endi. Qollarına bağlanan ip alışıb-yanan kətan kimi qırılıb yerə töküldü. Həmin sözləri eşidən zaman Allahın Ruhu Şaulun üstünə qüvvə ilə endi, qəzəbindən od tutub yandı.
Выбор основного перевода