Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21
Параллельные места
Söz verdim ki, sizi Misirdəki əziyyətdən qurtarıb Kənanlıların, Xetlilərin, Emorluların, Perizlilərin, Xivlilərin və Yevusluların ölkəsinə – süd və bal axan torpağa aparacağam›”. Amma Dan övladlarının torpağı onların əlindən çıxdı. Ona görə də Dan övladları Leşem üzərinə döyüşə getdilər. Oranı alıb əhalisini qılıncdan keçirtdilər və oraya sahib olub məskən saldılar. Ataları Danın şərəfinə görə Leşemə Dan adı verdilər. Nəsillərinə görə Dan övladları qəbiləsinin irs olan kəndləri ilə birlikdə bu şəhərlər idi. O dövrdə İsraildə padşah yox idi. Elə həmin dövrdə Dan qəbiləsi yaşamaq üçün özlərinə irsi torpaq axtarırdı, çünki o günə qədər İsrail qəbilələri arasında onlara irs olaraq torpaq düşməmişdi.
Выбор основного перевода