Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21
Параллельные места
Beşinci püşk nəsillərinə görə Aşer övladları qəbiləsinə düşdü. Onların torpağı Xelqat, Xali, Beten, Akşaf, Alamelek, Amad və Mişal idi. Sərhəd qərbə tərəf Karmelə, Şixor-Livnata çatırdı, Gündoğana tərəf Bet-Daqona dönürdü. Sonra şimala tərəf Zevuluna, İftah-El dərəsinə, oradan Bet-Emeqə, Neielə çatırdı, sonra şimala doğru Kavula, Evrona, Rexova, Xammona, Qanaya, böyük Sidona qədər çatırdı. Onda sərhəd Ramaya, qalalı Sur şəhərinə dönürdü. Sərhəd Xosaya dönürdü, sonu Akziv, Uma, Afeq, Rexov torpağında dənizdə qurtarırdı. Bunlar kəndləri ilə birlikdə iyirmi iki şəhər idi. İsrail övladları yenə də Rəbbin gözündə pis olan işlər görərək Baal və Aştoret bütlərinə, Aram allahlarına, Sidon allahlarına, Moav allahlarına, Ammon övladlarının allahlarına, Filiştlilərin allahlarına qulluq edərək Rəbbi atdılar və Ona qulluq etmədilər.
Выбор основного перевода