Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16
Параллельные места
Canımı almaq üçün qəsd quranlar Qoy utanıb biabır olsunlar. Pis günümdən zövq alanlar Geri qovulub rüsvay olsunlar. Davudun Oğlu, İbrahimin də Oğlu olan İsa Məsihin nəsil şəcərəsi: İbrahimdən İshaq törədi. İshaqdan Yaqub törədi. Yaqubdan Yəhuda və onun qardaşları törədi. Yəhudadan Tamarın doğduğu Peres və Zerah törədi. Peresdən Xesron törədi. Xesrondan Ram törədi. Ramdan Amminadav törədi. Amminadavdan Naxşon törədi. Naxşondan Salmon törədi. Salmondan Raxavın doğduğu Boaz törədi. Boazdan Rutun doğduğu Oved törədi. Oveddən Yessey törədi. Yesseydən padşah Davud törədi. Davuddan Uriyanın arvadının doğduğu Süleyman törədi. Süleymandan Rexavam törədi. Rexavamdan Aviya törədi. Aviyadan Asa törədi. Asadan Yehoşafat törədi. Yehoşafatdan Yehoram törədi. Yehoramdan Uzziya törədi. Uzziyadan Yotam törədi. Yotamdan Axaz törədi. Axazdan Xizqiya törədi. Xizqiyadan Menaşşe törədi. Menaşşedən Amon törədi. Amondan Yoşiya törədi. Babil sürgünü zamanı Yoşiyadan Yekonya və onun qardaşları törədi. Babil sürgünündən sonra Yekonyadan Şealtiel törədi. Şealtieldən Zerubbabil törədi. Zerubbabildən Avihud törədi. Avihuddan Elyaqim törədi. Elyaqimdən Azur törədi. Azurdan Sadoq törədi. Sadoqdan Yaxin törədi. Yaxindən Elihud törədi. Elihuddan Eleazar törədi. Eleazardan Mattan törədi. Mattandan Yaqub törədi. Yaqubdan Məryəmin əri Yusif törədi. Məryəmdən də Məsih adlanan İsa doğuldu. İsa Öz xidmətinə başlayanda təxminən otuz yaşında idi. İnsanların zənnincə, O bu nəsildən idi: Yusif Oğlu Eli oğlu Mattat oğlu Levi oğlu Melki oğlu Yannay oğlu Yusif oğlu Mattitya oğlu Amos oğlu Nahum oğlu Hasli oğlu Naqqay oğlu Mahat oğlu Mattitya oğlu Şimi oğlu Yoseh oğlu Yoda oğlu Yoxanan oğlu Reşa oğlu Zerubbabil oğlu Şealtiel oğlu Neri oğlu Melki oğlu Addi oğlu Kosam oğlu Elmadam oğlu Er oğlu Başlanğıcda Kəlam var idi. Kəlam Allahla birlikdə idi. Kəlam Allah idi. Onlar Allahın həqiqətini yalanla əvəz etdilər, Yaradanın yerinə yaradılışa səcdə və ibadət etdilər; o Yaradana əbədi alqış olsun! Amin. Çünki göylərdə və yerdə olan, görünən və görünməyən hər şey – taxtlar, ağalar, başçılar, hakimlər Onda yarandı. Nə varsa, Onun vasitəsilə və Onun üçün yarandı. Hər şeydən əvvəl var olan Odur və hər şey Onda bərqərar olur. Bədənin, yəni imanlılar cəmiyyətinin Başı da Odur. Hər şeydə birinci olsun deyə başlanğıc olan, ölülər arasından dirilərək ilk doğulan Odur. Çünki Allah Onda tam bütövlüyü ilə yaşamağa
Выбор основного перевода