Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
К Колоссянам
1 2 3 4
Параллельные места
Ey qardaşlar, bixəbər olmağınızı istəmirəm ki, başqa millətlərdən olan digərləri arasında etdiyim kimi sizin aranızda da əməyimin bəhrəsini götürüm deyə dəfələrlə yanınıza gəlmək niyyətində olmuşam, amma indiyədək maneələrə rast gəldim. Çünki biz Allahın yaratdığı əsərlərik, əvvəlcədən hazırladığı yaxşı əməllərinə görə həyat sürmək üçün Məsih İsada yaradıldıq. Beləliklə, Rəbdə olduğum üçün məhbus olan mən sizə yalvarıram ki, aldığınız çağırışa layiq şəkildə həyat sürəsiniz. Lakin həyat tərziniz Məsihin Müjdəsinə layiq olsun. Gəlib sizi görsəm də, gəlməyib haqqınızda eşitsəm də, bilim ki, siz bir ruhda möhkəm dayanıb Müjdəyə əsaslanan imanda canbir olaraq səy göstərirsiniz Sizə öyüd verdik, ruhlandırdıq və yalvardıq ki, Öz Padşahlığına və izzətinə çağıran Allaha layiq şəkildə həyat sürəsiniz. Qardaşlar, necə həyat sürmək və Allahı razı salmaq barədə bizdən təlimat aldınız. Nəhayət, Rəbb İsa naminə sizdən xahiş edir və yalvarırıq ki, belə həyat sürməkdə daha çox inkişaf edin.
К Колоссянам
1 2 3 4
Выбор основного перевода