Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6
Параллельные места
Bəs nə deyək? Biz Yəhudilərin üstünlüyü varmı? Əlbəttə, yox! Çünki biz artıq həm Yəhudiləri, həm də Yunanları təqsirləndirdik ki, onların hamısı günahın hökmü altındadır. Necə ki yazılıb: «Saleh olan yoxdur, Bir nəfər belə, yoxdur. Dərk edən bir kəs yoxdur, Allahı axtaran yoxdur. Hamısı yoldan azıb, Onlardan fayda yoxdur. Bir nəfər də olsun Yaxşı iş görən yoxdur». «Boğazları açıq qəbirdir, Dilləri yalan danışır». «Dodaqlarında gürzə zəhəri var». «Ağızları lənət və acı sözlərlə doludur». «Ayaqları qan tökməyə tələsir, Yollarında viranəlik və fəlakət var, Əmin-amanlıq yolu nədir, bilmirlər». «Onların gözündə Allah qorxusu yoxdur». Biz bilirik ki, Qanunda deyilənlərin hamısı Qanunun hökmü altında olanlara aiddir; belə ki bütün dillər sussun və bütün dünya Allahın hökmünə məruz qalsın.
Выбор основного перевода