Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9 10 11 12 13
Параллельные места
amma Varlığıma və Rəbbin bütün dünyanı dolduran izzətinə and olsun ki, izzətimi və Misirdə, eləcə də səhrada etdiyim əlamətləri görüb Məni on dəfə sınayan, Mənim sözümü dinləməyən bu adamların heç biri atalarına and içərək vəd etdiyim torpağı görməyəcək və Mənə hörmətsizlik edənlərin heç biri oranı görməyəcək. Çünki hələ Allahınız Rəbbin sizə verəcəyi rahatlığa və irs torpağa çatmamısınız. Biz iman etmişlərsə rahatlıq diyarına girməkdəyik, necə ki Allah demişdir: «Buna görə qəzəblənib and içmişəm: “Onlar Mənim rahatlıq diyarıma girməyəcəklər”». Halbuki Onun işləri dünya yaranandan bəri tamamlanmışdır. Bu barədə yenə deyib: «Onlar Mənim rahatlıq diyarıma girməyəcəklər». Buna görə də bu rahatlıq diyarına girməyə çalışaq ki, heç kəs eyni itaətsizlik nümunəsinə əməl edib yıxılmasın.
Выбор основного перевода