Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Иуды
1
Параллельные места
Rəbb onu Moav torpağında olan Bet-Peor qarşısındakı dərədə dəfn etdi. Bu günə qədər heç kim onun qəbrinin yerini bilmir. Lakin Fars ölkəsinin hamisi olan mələk iyirmi bir gün mənə qarşı dayandı. O zaman baş mələklərdən biri olan Mikael köməyimə gəldi, çünki mən orada Fars ölkəsinin hamisi olan mələklə birgə qalmışdım. Ancaq əvvəlcə mən həqiqət Kitabında yazılmış şeyləri sənə bildirəcəyəm. Onlara qarşı mübarizədə başçınız Mikaeldən başqa mənə köməkçi olan heç kəs yoxdur. O vaxt xalqına mənsub olanların dayağı baş mələk Mikael qalxacaq və sənin millətin yaranandan bəri olmamış əzablı vaxt gələcək. O vaxt sənin xalqından kitabda adı yazılmış olan hər kəs xilas olacaq. Rəbb Şeytana dedi: «Rəbb səni məzəmmət etsin, ey Şeytan, Yerusəlimi seçən Rəbb səni məzəmmət etsin. Bu adam oddan çıxarılmış, yarısı yanmış odun parçasına bənzəmirmi?» Halbuki onlardan qüvvət və qüdrətdə üstün olan mələklər Rəbbin önündə ehtişamlı varlıqlara şər ataraq ittiham etməz.
Иуды
1
Выбор основного перевода