Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Иуды
1
Параллельные места
Bir müddət keçəndən sonra Qabil torpağın bəhrəsindən Rəbb Allaha təqdim gətirdi. Habil də sürüsündə ilk doğulan heyvanlardan bir neçəsini və onların piyini təqdim etdi. Rəbb Habili və onun təqdimini qəbul etdi, ancaq Qabili və onun təqdimini qəbul etmədi. Buna görə də Qabil bərk qəzəblənib qaşqabağını salladı. Rəbb Qabilə dedi: «Niyə qəzəblənmisən? Niyə qaşqabağını sallamısan? Əgər yaxşı iş görürsənsə, Mən qəbul etmərəmmi? Əgər yaxşı iş görmürsənsə, günah qapının ağzında durub. Onun meyli sənədir, ancaq sən ona üstün gəlməlisən». Sonra Qabil qardaşı Habilə bir söz dedi və onlar çölə getdilər. Orada Qabil qardaşı Habilin üstünə hücum çəkib onu öldürdü. Levi oğlu Qohat oğlu İshar oğlu Qorah qürurlanıb Ruven nəslindən Eliav oğulları Datan ilə Aviram və Pelet oğlu On ilə birlikdə Musaya qarşı üsyan qaldırdılar. İsrail övladlarından icmada seçilmiş və ad qazanmış iki yüz əlli nəfər icma rəhbəri onlara qoşuldu. Birlikdə toplanaraq Musa ilə Haruna qarşı çıxdılar və onlara dedilər: «Artıq bəsdir! Çünki bütün icmanın hamısı müqəddəsdir və Rəbb onların arasındadır. Nə üçün siz özünüzü Rəbbin camaatından üstün tutursunuz?» Qorah Musa ilə Haruna qarşı çıxmaq üçün bütün yoldaşlarını Hüzur çadırının girişinə toplayanda Rəbbin izzəti bütün icmaya göründü. Rəbb Musaya və Haruna dedi: «Bu icmadan ayrılın ki, onları bir an içində məhv edim». Onlar üzüstə yerə sərildilər: «Ey Allah, bütün bəşərə ruh verən Allah! Bir adamın günahına görə bütün icmayamı qəzəblənirsən?» Rəbb Musaya dedi: «İcmaya de: “Qorah, Datan və Aviramın məskənlərinin ətrafından çəkilin!”» Musa qalxıb Datanla Aviramın yanına getdi. İsrailin ağsaqqalları da onun ardınca getdilər. Musa icmaya xəbərdarlıq edib dedi: «Nə olar, bu pis adamların məskənlərindən uzaqlaşın və onlara aid olan heç bir şeyə toxunmayın. Yoxsa onların bütün günahlarına görə siz məhv olarsınız». Hamı Qorah, Datan və Aviramın məskənlərindən uzaqlaşdı. Datanla Aviram, arvadları, oğulları və körpə uşaqları ilə çıxıb çadırlarının girişində durdular. Musa dedi: «Bütün bu işləri etmək üçün məni Rəbbin göndərdiyini, özbaşıma hərəkət etmədiyimi bununla biləcəksiniz. Əgər bu adamlar hər kəsin öldüyü kimi ölsələr və yaxud hər kəsin başına gələn təcrübələrdən keçsələr, o halda Rəbb məni göndərməmişdir. Lakin Rəbb yeni bir şey etsə, yer ağzını açaraq onları və onlara aid olan hər şeyi udsa, onlar ölülər diyarına diri-diri ensələr, bu adamların Rəbbi təhqir etdiklərini anlayacaqsınız». Musa bütün bu şeyləri danışıb qurtaran kimi onların altındakı yer yarıldı. Yer ağzını açdı, onları, ailələrini, Qoraha aid olan bütün adamları və bütün mallarını uddu. Onlar və onlara aid olanların hamısı diri-diri ölülər diyarına endilər. Yer üzərlərinə qapandı və camaat arasından yox oldular. Onların ətrafında olan bütün İsrail övladları onların fəryadını eşidib «Yer bizi də udmasın!» deyərək qaçışdılar. Rəbbin hüzurundan od çıxdı və buxur təqdim edən iki yüz əlli nəfəri məhv etdi. Moav ağsaqqalları ilə Midyan ağsaqqalları fala baxmaq haqqını əllərinə götürüb Bilamın yanına getdilər və Balaqın sözlərini ona söylədilər. «Bunlar həmin qadınlardır ki, Bilamın verdiyi nəsihətə uyub Peor hadisəsində İsrail övladlarının Rəbdən dönməsinə səbəb oldular. Ona görə Rəbbin icması arasında vəba törəndi. Bunu bil ki, bu axır zamanda çətin dövrlər olacaq. Çünki insanlar xudbin, pulpərəst, təkəbbürlü, məğrur, təhqir edən, valideynlərinə itaət etməyən, nankor, müqəddəslikdən məhrum, şəfqətsiz, barışmaz, böhtançı, nəfsini saxlamayan, rəhmsiz, yaxşılığın düşməni, xain, ehtiyatsız, qürurlu olacaq, Allahdan çox kef çəkməyi sevəcəklər. Mömin kimi görünüb bu yolun gücünü inkar edəcəklər. Bu cür adamlardan uzaq dur. Bunların arasında evlərə soxulub zəif iradəli qadınları əsir edən adamlar var. Belə qadınlar günahla yüklənmiş müxtəlif ehtiraslarla sövq edilir, daima öyrənir, amma həqiqəti heç zaman anlaya bilmirlər. Yannis və Yambris Musaya necə zidd getdilərsə, bu adamlar da eləcə həqiqətə zidd gedirlər. Onlar düşüncələri pozğun, imanları sınaqdan keçməmiş insanlardır. Haqsızlıqla əldə etdiyi qazancı sevən Beor oğlu Bilamın yolunu tutaraq düz yolu qoyub azdılar. Şərdən olub qardaşını öldürən Qabil kimi olmayaq. O, qardaşını niyə öldürdü? Ona görə ki öz əməlləri şər, qardaşının əməlləri isə saleh idi. Amma səndən bir az şikayətim var: aranızda Bilamın təliminə bağlı olanlar var. O, Balaqı öyrətdi ki, İsrail övladlarını büdrədərək bütlərə təqdim olunan qurbanların ətini yeməyə və əxlaqsızlığa azdırsın.
Иуды
1
Выбор основного перевода