Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Firon Musanı və Harunu çağırıb dedi: «Gedin, bu ölkədə öz Allahınıza qurban gətirin». Firon dedi: «Mən sizi buraxıram ki, səhrada Allahınız Rəbbə qurban gətirəsiniz, ancaq çox uzağa getməyin. Mənim üçün də yalvarın». Firon Musanı və Harunu çağırtdırıb onlara dedi: «Bu dəfə günah etdim. Rəbb ədalətlidir, mən və xalqım isə haqsızıq. Kifayətdir! Rəbbə yalvarın ki, bu dəhşətli ildırım və dolu dayansın. Sizi azad edərəm, daha burada qalmayın». indi yenə də günahımı bağışlayın və Allahınız Rəbbə yalvarın ki, bu ölümcül bəla məni tərk etsin». Musa fironun yanından çıxıb Rəbbə yalvardı. Xalq gəlib Musaya dedi: «Biz günah etdik, çünki Rəbbə və sənə qarşı deyindik. İndi isə ilanları bizdən uzaqlaşdırmaq üçün Rəbbə yalvar». Musa xalqı xilas etmək üçün Rəbbə yalvardı. Onda padşah Allah adamına dedi: «Allahın Rəbbi rəhmə gətir və mənim üçün dua et ki, əlimi özümə tərəf döndərə bilim». Allah adamı Rəbbi rəhmə gətirdi və padşahın əli özünə tərəf dönüb əvvəlki kimi oldu. Şimon ona cavab verdi: «Mənim üçün Rəbbə siz yalvarın ki, dediklərinizin heç biri mənim başıma gəlməsin».
Выбор основного перевода