Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Çünki Mən bu dəfə sənin ürəyinə, əyanlarının və xalqının da üzərinə bütün bəlalarımı göndərəcəyəm. Bundan biləcəksən ki, bütün dünyada Mənə bənzər yoxdur. Ey Yeşurun, bax sənə kömək etmək üçün Göylər və buludlara əzəməti ilə minən Allahın bənzəri yoxdur. Bunun üçün, ya Rəbb Allah, Sən böyüksən. Axı qulaqlarımızla eşitdiklərimizin hamısına görə Sənin kimisi heç yoxdur və Səndən başqa Allah yoxdur. Rəbb Allah nə söyləsə, dinləyirəm. Sözləri xalqına, möminlərinə sülh bəyan edər ki, Onlar öz cəhalətlərinə dönməsinlər. Qədimdən bəri olan hadisələri xatırlayın, Çünki Allah Mənəm, başqası yoxdur, Mənəm Allah, Mənə bənzəri yoxdur! Sənin kimi Allah yoxdur, ya Rəbb. Sən böyüksən, əzəmətdə adın ucadır. Ey millətlərin Padşahı, Sənə kim hörmət etməz? Sənə hörmət yaraşır, Çünki millətlərin bütün müdrikləri arasında, Bütün ölkələrində Sənin kimisi yoxdur.
Выбор основного перевода