Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Sənsən Atamız. İbrahim bizi tanımasa da, İsrail bizim kim olduğumuzu bilməsə də, Atamız Sənsən, ya Rəbb, Əzəldən bəri adın «Bizi Satınalan»dır. Yenə də, ya Rəbb, Sənsən Atamız: Biz gilik, Sən isə dulusçu, Biz hamımız Sənin əlinin işiyik. İsrail uşaq ikən onu sevdim, Öz oğlumu Misirdən çağırdım. bu, İsraillilərdir ki, övladlığa götürülmə, izzət, əhdlər, Qanunun verilməsi, məbəd ibadəti və vədlər onlara məxsusdur. Onlar ağlaya-ağlaya gələcək, Yalvardıqları zaman Onlara yol göstərib geri qaytaracağam. Axar sular boyunca Büdrəməyəcəkləri düz yolla aparacağam. Çünki Mən İsrailin atasıyam, Efrayim də ilk oğlumdur.
Выбор основного перевода