Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbb Musaya dedi: «Sənin əlindəki nədir?» O dedi: «Əsa». «Firon sizə “məni inandırmaq üçün bir möcüzə göstərin” deyəndə Musa Haruna desin: “Öz əsanı götürüb fironun önündə yerə at ki, ilana dönsün”». Musa və Harun fironun yanına gəlib Rəbb necə əmr etmişdisə, elə də etdilər. Harun öz əsasını fironun və onun əyanlarının qarşısında yerə atdı və əsa ilana döndü. Firon isə müdrik adamları və cadugərləri çağırdı. Misir sehrbazları da öz sehrləri ilə belə etdilər. Hər biri öz əsasını yerə atıb ilana döndərdi, ancaq Harunun əsası onların əsalarını uddu. Lakin Rəbbin söylədiyi kimi fironun ürəyi inadkar oldu və onlara qulaq asmadı. Rəbb Musaya dedi: «Fironun inadkar ürəyi var, xalqı buraxmaqdan boyun qaçırır. Sən sabah səhər firon suya tərəf gedəndə qarşısına çıx. İlana dönən əsanı əlinə götürüb, onu Nil çayının sahilində gözlə. Sonra firona de: “İbranilərin Allahı Rəbb məni yanına göndərdi ki, sənə deyim: ‹Xalqımı burax ki, səhrada Mənə ibadət etsin!› Ancaq sən indiyə qədər qulaq asmadın, buna görə də Rəbb belə deyir: ‹Bundan biləcəksən ki, Rəbb Mənəm. Bax mən əlimdəki əsanı Nil çayının suyuna vuracağam, onda su qana dönəcək. Çayda olan balıqlar öləcək və çay iylənəcək, Misirlilər çaydan su içməyə iyrənəcəklər›”». Rəbb Musaya dedi: «Haruna belə söylə: “Əsanı götür və əlini bütün Misir çayları, arxları, gölləri, hovuzları üzərinə uzat”. Onlar qana dönsün, bundan başqa bütün Misir torpağında həm taxta, həm də daş qablarda qan olacaq». Rəbb Musa və Haruna necə əmr etmişdisə, onlar da elə etdilər: fironun və onun əyanlarının qarşısında Harun əsasını qaldırdı və çaydakı suya vurdu. Nil çayındakı bütün su qana döndü;
Выбор основного перевода