Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Əbrişim ağacından bir masa düzəlt: uzunluğu iki qulac, eni bir qulac, hündürlüyü isə qulac yarım olsun. Onu xalis qızılla ört. Ətrafına qızıl zolaq qoy. Ətrafında eni bir ovuc olan yan lövhələri düzəlt. Yan lövhələrin ətrafına da qızıl zolaq qoy. Masa üçün dörd qızıl halqa düzəlt, halqaları onun dörd küncünə, dörd ayağına bərkit. Halqalar yan lövhələrə yaxın olaraq masanı aparan şüvüllərin keçdiyi yerlər olsun. Şüvülləri əbrişim ağacından düzəlt və onları qızılla ört; masa onların vasitəsi ilə aparılsın. Masa üçün xalis qızıldan sinilər və nimçələr, içmə təqdimlərini tökmək üçün dolçalar və piyalələr düzəlt. Daima Mənim hüzurumda masanın üstünə təqdis çörəkləri qoy.
Выбор основного перевода