Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
“Rəbb hədsiz səbirli, bol məhəbbətli, cəzanı və qanunsuzluğu bağışlayandır, lakin cəzasız da qoymaz, ataların cəzasını üçüncü-dördüncü nəslə çəkdirər”. İtaət etmək istəməyib Sənin onlar üçün göstərdiyin möcüzələri yada salmadılar, dikbaşlıq etdilər, üsyankarlıqları ilə köləlik həyatlarına qayıtmaq üçün özlərinə bir başçı təyin etdilər. Lakin Sən bağışlamağı sevən, lütfkar, rəhmli, çox səbirli və bol məhəbbəti olan Allah olduğuna görə onları tərk etmədin. Bütün gün düşmənlərim məni təhqir edir, Mənə istehza edənlər adımla lənət oxuyur. Paltarlarınızı deyil, ürəyinizi yırtın, Allahınız Rəbbə tərəf qayıdın». Çünki O, lütfkar və rəhmlidir, Hədsiz səbirlidir, bol məhəbbətlidir, Bəla göndərməz, rəhm edər. Yaxud sən Allahın zəngin xeyirxahlığına, həlimliyinə və səbirli olmağına xor baxırsan? Bəs anlamırsan ki, Onun xeyirxahlığı səni tövbəyə yönəldir?
Выбор основного перевода