Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Hər ilk doğulan eşşək balası əvəzinə bir qoyun-keçi balası verin. Əgər əvəzini verməsəniz, boynunu sındırın. Övladlarınızın arasında hər ilk oğulun əvəzini ödəyin. Mayasız Çörək bayramını qeyd edin. Mən sizə əmr etdiyim kimi Aviv ayında təyin olunmuş vaxt yeddi gün mayasız çörək yeyin. Çünki Misirdən o ayda çıxdınız. Heç kəs önümə əliboş gəlməsin. Bütün kişiləriniz ildə üç dəfə Mayasız Çörək bayramında, Həftələr bayramında, Çardaqlar bayramında Allahınız Rəbbin hüzurunda olmaq üçün Onun seçəcəyi yerə getsin. Rəbbin hüzuruna heç kim əliboş getməsin.
Выбор основного перевода