Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Bu sular Yəhudanı basacaq, daşıb içindən keçəcək, Boğaza qədər çatacaq. Ordular qanadlarını açıb bütün ölkəyə dolacaq, ey İmmanuel!» Birlikdə məsləhətləşin, o boşa çıxacaq. İstədiyiniz qədər danışın, heç bir söz gerçək olmayacaq, Çünki Allah bizimlədir. Çünki bizim üçün körpə doğuldu, Bizə oğul verildi, Hakimiyyət onun çiyinləri üzərində olacaq, Onun adı Ecazkar Məsləhətçi, Qüdrətli Allah, Əbədi Ata, Sülh Hökmdarı olacaq. «Budur, bakirə qız hamilə olub Oğlan doğacaq, adını İmmanuel qoyacaqlar». «İmmanuel» «Allah bizimlədir» deməkdir. Sən hamilə olub bir Oğul doğacaqsan. Onun adını İsa qoy. Məryəm mələyə dedi: «Bu necə olacaq? Mən heç kişi üzü görməmişəm». Mələk cavabında ona dedi: «Müqəddəs Ruh sənin üzərinə enəcək, Haqq-Taalanın qüdrəti üstünə kölgə salacaq. Buna görə də doğulacaq müqəddəs Övlad Allahın Oğlu adlanacaq.
Выбор основного перевода