Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Çünki körpə “anam, atam” deməyi öyrənməzdən əvvəl Dəməşqin sərvəti və Samariyanın qəniməti Aşşur padşahına aparılacaq». Dəməşq barədə xəbərdarlıq: Budur, Dəməşq daha şəhər olmayacaq, Bir yığın xarabalığa dönəcək. Aroer şəhərləri tərk olunacaq. Oralar sürülərin otlaq yeri olacaq, Onları qorxudan olmayacaq. Efrayimdə qalalı şəhər qalmayacaq, Dəməşqin hakimiyyəti yox olacaq, Sağ qalan Aramlıların qüvvəti İsrail övladlarının qüvvəti tək olacaq. Bunu Ordular Rəbbi bəyan edir.
Выбор основного перевода