Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Bax pislər ox-kaman qurublar, Oxlarını yayın üstünə qoyublar, Qaranlıqda dayanıblar, Ürəyidüz olanları nişan alıblar. Buna görə alovlu qəzəbini, döyüşün şiddətini üstlərinə yağdırdı. Od onları dövrəyə aldı, Amma onlar anlamadılar, Onları yandırdı, Amma ona ciddi fikir vermədilər. “Həmişə əbədi mələkə olacağam” deyə düşünürdün. Bunları ürəyinə gətirmirdin, sonu düşünmürdün. Lakin üzərinə bəla gələcək, Sən onun qarşısını ala bilməyəcəksən, Sən xərac versən də, bu fəlakət üstünə gələcək, Bilmədiyin bəla qəflətən üzərinə düşəcək. Ölkədə Allaha sadiq adam qalmadı, İnsanlar arasında doğru adam tükəndi. Hamı qan tökmək üçün pusquda durur, Qardaş qardaşa tələ qurur.
Выбор основного перевода