Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Bəli, şər insanın işığı sönəcək, Odu-alovu parlamayacaq. Çadırında nur qaranlığa dönəcək, Yanındakı çıraq sönəcək. Addımları gücdən düşəcək, Öz işlətdiyi fənddən yıxılacaq. Ayaqları onu tələyə aparacaq, Öz ayağı ilə tora düşəcək. Kəmənd topuğundan tutacaq, Tələ açılıb onu qapacaq. Torpaq üstə onun üçün gizli kəmənd səriləcək, Yolu üstə onu tələ gözləyəcək. Dəhşət onu hər tərəfdən bürüyəcək, Hər addımda onu təqib edəcək. Aclıq taqətini yeyib-qurtaracaq, Yanında fəlakət hazır dayanacaq. Dərisini azar yeyəcək, Ölümün ilk övladı əzalarını yeyib işini bitirəcək. Əmin-amanlıq çadırından atılacaq, Dəhşətlər padşahının yanına aparılacaq. Öz xəcalətini köpük kimi sovuran şiddətli dəniz dalğalarıdır. Səyyar ulduzlardır ki, onlar üçün Allah qatı qaranlığı əbədi saxlayır.
Выбор основного перевода