Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Allah Yafəsə genişlik versin, Samın çadırlarında yaşasın. Kənan ona qul olsun». Sənin nəslin yerin tozu kimi çox olacaq, qərbə, şərqə, şimala və cənuba yayılacaq. Yer üzünün bütün tayfaları sənin və nəslinin vasitəsilə xeyir-dua alacaq. Qorxma, Mən səninləyəm, Nəslindən olanları şərqdən gətirəcəyəm, Səni qərbdən toplayacağam. Şimala “ver” deyəcəyəm, Cənuba “saxlama” söyləyəcəyəm. Oğullarımı uzaqlardan, Qızlarımı dünyanın ucqar yerlərindən gətir. Xarabalığa, viranəliyə dönmüşdün, Ölkən yerlə yeksan olmuşdu. Amma indi bu torpaq sakinlərin üçün dar olacaq, Səni xaraba qoyanlar səndən uzaqda duracaq. Padşahlar sənə atalıq, Mələkələr sənə analıq edəcək. Üzüstə yerə sərilib sənə səcdə edəcəklər, Ayaqlarının tozunu yalayacaqlar. Onda biləcəksən ki, Mən Rəbbəm, Mənə güvənənlər utanmayacaq».
Выбор основного перевода