Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Pisliyi yalanla hörülmüş iplərlə, Günahı araba kəndirləri ilə çəkənlərin vay halına! Qorxma, çünki Mən səninləyəm, Dəhşətə gəlmə, çünki Allahın Mənəm. Səni qüvvətləndirəcəyəm, Sənə kömək edəcəyəm. Sadiq sağ əlimlə Sənə dayaq olacağam. Onlar güvənin yediyi paltar kimi məhv olacaq, Qurdun yediyi yun kimi məhv olacaq. Lakin Mənim salehliyim əbədidir, Qurtuluşum nəsillər boyu duracaqdır. Sənə qarşı işlənən Heç bir silah işə yaramayacaq. Məhkəmədə səni təqsirləndirən Hər kəsi təqsirkar çıxaracaqsan. Rəbbə qulluq edənlərin irsi belədir. Onların salehliyi Məndən gəlir». Bunu Rəbb bəyan edir.
Выбор основного перевода