Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Kimsə bir qadını alıb, evlilik zamanı onda ləyaqətsiz bir şey tapdığı üçün qadını bəyənməzsə, talaq kağızı yazıb əlinə verərək evindən çıxararsa, O biri kişi də onu bəyənməzsə, ona talaq kağızı yazıb əlinə verərək evdən çıxararsa və yaxud onu alan kişi ölərsə, Əgər onların Qayası onları satmasaydı, Rəbb onları təslim etməsəydi, Bir adam min nəfəri necə qova bilərdi? İki kişi on min nəfəri necə qaçıra bilərdi? Peyğəmbərlərdən olan bir adamın arvadı Elişaya fəryad edərək dedi: «Sənin qulun ərim öldü! Bilirsən ki, o qulun Rəbdən qorxurdu. İndi isə bir borc sahibi iki oğlumu özünə qul etmək üçün gəlmişdi». Siz bu barədə nə eşitmisiniz, Nə də xəbəriniz olub, Keçmişdən bəri qulaqlarınız bağlıdır. Nə qədər xain olduğunuzu bilirəm, Ana bətnindən belə, sizin üsyankar çağırılacağınızdan xəbərdaram. Rəbb belə deyir: «Siz müftə satılmışdınız, Müftə də satın alınacaqsınız». Allahın deyir: «Rəbb səni çağırır Atılmış və ruhu əzilmiş, Gənc yaşında ərə getmiş, Sonra isə rədd olunmuş bir qadın kimi. Bir anlığa səni tərk etdim, Amma böyük rəhmlə geri qəbul edəcəyəm. Dəfələrlə zina etdiyi üçün dönük İsrailə talaq kağızı verib onu boşadım. Ancaq gördüm ki, onun xəyanətkar bacısı Yəhuda yenə qorxmadı, o da gedib fahişəlik etdi. Qınayın siz ananızı, qınayın, Çünki o Mənim arvadım deyil, Mən də onun əri deyiləm. Qoy üzündə görünən fahişəliyi, Qoynunda olan xəyanəti atsın. Amma onun ödəməyə bir şeyi olmadığı üçün ağası əmr etdi ki, özü, arvadı, uşaqları və bütün malı satılaraq borcunu ödəsin.
Выбор основного перевода