Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Yəhuda şəhərlərində, Yerusəlim küçələrində sevinc və şadlıq sədasını, bəy-gəlin səsini kəsəcəyəm, çünki ölkə viran olacaq». Çünki İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bax bu yerdə sizin günlərinizdə gözlərinizin önündə sevinc və şadlıq sədasını, bəy-gəlin səsini yox edəcəyəm”. Sevinc və şadlıq sədasını, bəy-gəlin səsini, dəyirman daşlarının taqqıltısını, çıraq işığını onların içindən yox edəcəyəm. Oxuduğun nəğmələrin səsinə son qoyacağam. Liralarının sədası artıq eşidilməyəcək. Onda olan bütün şadlıqlara, Bayramlara, Təzə Ay mərasimlərinə, Şənbə günlərinə və bütün təntənələrə son qoyacağam. Çəng çalanların, müğənnilərin, Tütək və şeypur çalanların səsi Artıq səndən gəlməyəcək. Hər cür sənətlə məşğul olan sənətkar Artıq səndə olmayacaq. Dəyirman səsi də Artıq səndən gəlməyəcək.
Выбор основного перевода