Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Meyvə bağlarından sevinc və fərəh götürüldü, Üzümlüklərdə nə nəğmələr, nə də sevinc nidaları səslənir. Üzümsıxanlardan şərab götürülməyəcək, Onların sevinc səslərini kəsdim. Xalqımın tikanlı kollar bitən torpağı üçün, Zövq-səfalı şəhərlərdəki şən evləriniz üçün Sinə döyün. «Yəhuda yas tutur, Onun şəhər darvazaları qəmli görünür. Adamlar qara geyinmişlər, Yerusəlimin fəryadı ucalmışdır. Millətlər sənin rüsvayçılığını eşitdi, Fəryadın yer üzünü bürüdü. Çünki döyüşçü döyüşçünü büdrətdi, İkisi də birdən yıxıldı». Ayılın, ey sərxoşlar və ağlayın. Ey şirin şərab içənlər, hamınız nalə çəkin, Ona görə ki, şirin şərab ağzınızdan alındı. Tənək qurudu, Əncir ağacı soldu, Nar, xurma, alma, Çölün bütün ağacları qurudu. Görün ki, bəşər övladları arasından sevinc yox oldu.
Выбор основного перевода