Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
«Bel allahı diz çökdü, Nevo allahı əyildi, Babilin bütləri heyvanlara, öküzlərə yükləndi, Daşınan əşyalar heyvanlara ağır yük oldu. «Millətlərə bildirib elan edin. Bayraq qaldırıb xəbər verin, Heç nəyi gizlətməyin! Deyin ki, Babil ələ keçiriləcək, Bel allahı utandırılacaq, Marduk allahı dəhşətə düşəcək, Bütləri alçaldılacaq, Məbudları parça-parça olacaq. Babil qəflətən düşüb parça-parça olacaq, Onun üçün yas tutun! Yarasına məlhəm sürtün, Bəlkə şəfa tapar. Babildə Bel bütünü cəzalandıracağam, Udduğunu ona qusduracağam. Artıq millətlər oraya axın-axın gəlməyəcək, Babil divarı da yıxılacaq. İkinci mələk də onun ardınca gələrək deyirdi: «Dağıldı, böyük Babil dağıldı! O, əxlaqsızlığının coşğun şərabını bütün millətlərə içirtmişdi». O, uca səslə nida edib dedi: «Dağıldı! Böyük Babil dağıldı! O, cinlərin məskəni, Hər cür natəmiz ruhun sığınacağı, Hər cür murdar quşun yuvası, Hər cür murdar və mənfur vəhşi heyvanın oylağı oldu. Onun çəkdiyi işgəncənin qorxusundan uzaqda dayanıb deyəcəklər: «Vay, vay halına, böyük şəhər, Möhkəm şəhər Babil! Çünki bir saat içində cəzan çatdı».
Выбор основного перевода