Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbbin əli bu dağın üstündə olacaq, Amma Moav peyinliyə düşən saman kimi tapdaq altında qalacaq. İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: «Vaxtı gələndə xırman yeri necə tapdalanırsa, Babil xalqı da elə olacaq. Qısa müddətdən sonra Onun da biçin zamanı gələcək». Rəbb belə deyir: “Dəməşqlilərin üç-dörd qat günahına görə Onları cəzasız buraxmayacağam, Çünki onlar Gileadı dəmirdişli vəllərlə döydü. Rəbb belə deyir: «Ey Sion qızı, Qalx, xırmandakı taxılını döy! Səni dəmir buynuzlu buğa kimi, Tunc dırnaqlı öküz kimi güclü edəcəyəm. Sən çox xalqları əzəcəksən, Onların qənimətini Mənə – Rəbbə, Mal-dövlətini bütün yer üzünün Sahibinə həsr edəcəksən».
Выбор основного перевода